United Payment MMC
Razılaşma Müqaviləsi

Bakı şəhəri

Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasındavfəaliyyət göstərən “United Payment” MMC (bundan sonra "United Payment" və ya “UP”) tərəfindən fiziki şəxsə (bundan sonra “İstifadəçi”) ödəniş hesabının açılması, saxlanılması və bağlanılması, ödəniş əməliyyatlarının aparılması, elektron pulun emissiyası, istifadəsi və qalıq pulun geri qaytarılması, ödəniş platformasından istifadə ilə bağlı onun United Paymentlə münasibətlərini tənzimləyir.

Bundan sonra United Payment və İstifadəçi ayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırıla bilərlər. İstifadəçi bu Müqaviləni “Təsdiqləmək” seçimini seçdikdə bu Müqavilənin bütün şərtlərinə dair öz razılığını bildirir, bununla da Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Müqavilənin bağlanılması üçün öz iradə ifadəsini bəyan etmiş olur və Müqavilə bağlanmış hesab olunur.

United Payment barədə məlumatlar

Adı: “United Payment” Məhdud Məsuliyyətli Cəmiyyəti (“United Payment”)

Ünvanı: AZ1025, Bakı ş, Xətai r, Ələddin Quliyev küç, ev 1131-ci məh. Babək Plaza, A

Blok, 5-ci mərtəbə, 1 nömrəli ofis

Qeydiyyat nömrəsi: 2006789461

Dövlət qeydiyyatına alındığı tarix: 16.06.2021

Verilmiş lisenziyanın tarixi, nömrəsi və lisenziya verən qurumun adı: EPT-002,

16.05.2024, Azərbaycan Respublikası Mərkəzi Bankı

Elektron poçt ünvanı: www.unitedpayment.az

Telefon nömrəsi: +99412 488 08 38

Əsas anlayışlar

Autentifikasiya – United Payment-ə İstifadəçinin kimliyini və ya ödəniş alətinin, o cümlədən İstifadəçinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarından istifadənin etibarlılığını yoxlamağa imkan verən prosedur; Avtorizə etmə – ödəniş əməliyyatının icra edilməsi üçün İstifadəçinin United Payment-ə verdiyi razılıq; Birbaşa debitləşmə – İstifadəçinin vəsait alana, vəsait alanın və ya İstifadəçinin United Payment-ə əvvəlcədən verdiyi razılığa əsasən vəsait alanın ödəniş sərəncamına əsaslanan İstifadəçinin ödəniş hesabının debitləşdirilməsi üçün istifadə olunan ödəniş aləti; Bloklaşdırma – bu Müqavilə, qanunvericilik və ya United Payment-in daxili qaydalarında nəzərdə tutulan hallarda ödəniş hesabına girişin məhdudlaşdırılması və ya ödəniş əməliyyatlarının həyata keçirilməsinin tam və ya qismən dayandırılması; Cihaz – İstifadəçiyə UP platformasından istifadə imkanı yaradan hər hansı kompüter, mobil telefon, planşet və ya digər elektron hesablayıcı maşın; Elektron pul – qəbul edilən pul vəsaiti məbləğində United Payment tərəfindən İstifadəçinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və üçüncü şəxslər tərəfindən ödəniş üçün qəbul edilən ödəniş aləti;Fərdiləşdirilmiş təhlükəsizlik məlumatları – Autentifikasiya məqsədilə United Payment ərəfindən İstifadəçiyə təqdim edilən fərdiləşdirilmiş məlumatlar; Gücləndirilmiş İstifadəçi autentifikasiyası – Autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız İstifadəçinin bildiyi (şifrə, pin, suallar toplusu və s.), İstifadəçiyə məxsus olan (üz tanınması, səs tanınması, barmaq izi və s.) və İstifadəçinin sahib olduğu elementlərdən (telefon, OTP, TOTP, elektron imza və s.) iki və ya daha çoxunun istifadəsinə əsaslanan Autentifikasiya; İstifadəçi – UP platforması vasitəsilə göstərilən ödəniş xidmətlərindən istifadə edən fiziki şəxs. Siz bu Müqaviləni təsdiq etmək üçün “Təsdiqləmək” seçimini seçdiyiniz andan etibarən İstifadəçi hesab edilirsiniz; Kredit köçürməsi – United Payment tərəfindən vəsaitin köçürülməsi məqsədilə istifadə olunan, İstifadəçinin ödəniş sərəncamına əsaslanan ödəniş aləti; Məxfilik siyasəti – UP.az/en/privacy-policy internet ünvanında United Payment tərəfindən dərc edilən, United Paymentin İstifadəçinin məlumatlarını necə işlədiyini göstərən məxfilik bildirişi; UP platforması və ya UP pul kisəsi –İstifadəçinin Cihaz vasitəsilə qoşularaq ödəniş xidmətlərindən yararlandığı proqram təminatı və ya internet saytı; Müqavilə - United Payment və İstifadəçi arasında ödəniş xidmətlərinin göstərilməsinə dair bağlanılan hazırkı Müqavilə; Ödəniş əməliyyatı – İstifadəçi və vəsait alan digər İstifadəçi arasında öhdəliyin mövcud olub- olmamasından asılı olmayaraq, onlardan hər hansı birinin təşəbbüsü ilə vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi; Ödəniş əməliyyatını aparmaqdan imtina - istənilən Tərəfin pul vəsaitlərinin köçürülməsi, ödəniş hesabına mədaxil edilməsi, balansda olan pul vəsaitlərinin geri qaytarılması və digər əməliyyatları aparmaqdan imtina etməsi; Ödəniş hesabı – UP platforması vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün United Paymentin UP platformasında İstifadəçiyə açdığı hesab; Ödəniş sərəncamı - ödəniş əməliyyatının icrası üçün İstifadəçi tərəfindən United Payment -ə UP platformasında verilən tapşırıq; Vasitəçi - ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən United Payment və ya digər ödəniş xidməti təchizatçısı; Ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti – ödəniş xidməti istifadəçisinin müraciəti əsasında onun digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının verilməsi xidməti.

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilə UP platformasından istifadə etməklə ödəniş hesabının açılması, saxlanılması və bağlanılması, ödəniş əməliyyatlarının aparılması, elektron pulun emissiyası, istifadəsi və qalıq pulun geri qaytarılması, habelə UP platforması vasitəsilə təqdim edilən digər ödəniş xidmətlərindən və funksionallıqlardan istifadə qaydalarını tənzimləyir.

1.2. Bu Müqavilənin şərtlərinə uyğun olaraq United Payment UP platforması vasitəsilə İstifadəçiyə aşağıdakı xidmətləri göstərə bilər:

· ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

· kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödənişəməliyyatlarının icrası;

· ödəniş əməliyyatının ekvayrinqi;

· elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası; Xidmətlərə dair şərtlər UP platformasında dərc edilir. İstifadəçi qəbul edir və razılaşır ki, bu şərtlər United Paymentin mülahizəsi ilə gələcəkdə dəyişdirilə bilər, hər bir halda onların yekun versiyası UP platformasında dərc olunacaqdır.

1.3. United Payment qanunvericiliklə icazə verilən həddə banklarla və ödəniş xidmətləri göstərən digər təchizatçılarla birlikdə və ya təkbaşına İstifadəçiyə ödəniş kartları emissiya etdiyi halda İstifadəçi həmin kartlardan UP platforması vasitəsilə rəqəmsal formada istifadə edə bilər.

1.4. İstifadəçi həyata keçirilmiş ödəniş əməliyyatları və ödəniş hesabındakı elektron pulun qalıq dəyəri barədə məlumatı UP platforması vasitəsilə əldə edə bilər. United Payment bu məlumatı UP platforması vasitəsilə təqdim edir.

1.5. İstifadəçi UP platformasından istifadə etmək üçün qeydiyyatdan keçməli və istifadəçi adı və şifrəsi ilə hesab yaratmalıdır.

2. Ödəniş hesabı

2.1. Xidmətlərin göstərilməsi üçün United Payment İstifadəçiyə UP pul kisəsində ödəniş hesabı açır. Bu Müqavilə ilə İstifadəçi United Paymentə onun üçün ödəniş hesabı açmağa icazə verir.

2.2. Hesabın açılması üçün United Payment Müştəridən ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyə uyğun olaraq müəyyən olunan sənədlərin və məlumatların (istifadəçinin dövriyyəsi üzrə pul axını, fəaliyyəti ilə bağlı maliyyə mənbələri, həmçinin imza hüququ olan şəxslərin eyniləşdirilməsinə dair məlumatların və digər məlumatların) 1 (bir) gün ərzində United Paymentə təqdim olunmasını tələb edir. Göstərilən müddət ərzində sənədlərin təqdim olunmaması hesabın açılmasından imtina üçün əsas hesab olunur.

2.3. İstifadəçiyə ödəniş hesabı açıldıqda, sonrakı mərhələdə İstifadəçi özünün ödəniş hesabına daxil olduqda və/və ya hər bir ödəniş əməliyyatı zamanı United Payment müvafiq qanunvericiliyin tələbi nəzərə alınmaqla öz mülahizəsinə uyğun olaraq Autentifikasiya və ya gücləndirilmiş İstifadəçi Autenfitikasiyası apara bilər.

2.4. Hesab açıldıqdan sonra United Payment bu Müqavilənin müddəaları və qanuvnericiliyin tələbləri nəzərə alınmaqla bu hesaba daxil olan pul vəsaitini qəbul edib mədaxil edir, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, eləcə də hesab üzrə qanunvericiliklə qadağan olunmayan digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirir.

2.5. Ödəniş hesabının balansında kripto pulların saxlanılması qadağandır.

2.6. Müvafiq qanunvericiliklə yol verildiyi hallarda və qaydada istisna olmaqla, ödəniş hesabı İstifadəçi tərəfindən sahibkarlıq məqsədləri üçün istifadə edilə bilməz. İstifadəçinin hesabındakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş digər hallarda da məhdudlaşdırıla bilər.

2.7. United Payment İstifadəçinin ona olan borcunu İstifadəçinin ödəniş hesabının balansındakı pul vəsaitlərindən birtərəfli qaydada silə bilər.

2.8. İstifadəçi pul vəsaitlərini ödəniş hesabına ödəniş kartları, ödəniş terminalları və ya digər üsullarla mədaxil edə bilər. Ödəniş hesabının balansının artırılması üçün ödəniş üsulları barədə məlumat UP platformasında yerləşdirilir.3. Elektron pul

3.1. United Payment İstifadəçidən elektron pulun emissiyası məqsədilə qəbul etdiyi pul vəsaitləri məbləğində İstifadəçinin ödəniş hesabına dərhal elektron pul emissiya edir.

3.2. İstifadəçi anlayır və qəbul edir ki, elektron pulun emissiya edilməsi UP platforması üzrə ekvayrinqi həyata keçirən bankın pul vəsaitlərini qəbul etməsindən asılıdır.

3.3. United Payment bu Müqavilənin və tətbiq edilən qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş hesabının balansındakı pul vəsaitlərini bloklaşdırmaq, ödəniş əməliyyatlarının məbləğini, sayını və növünü məhdudlaşdırmaq və ya digər zəruri tədbirləri tətbiq etməklə, ödəniş hesabında saxlanılan elektron pulların və ya əməliyyatların məbləğinə birtərəfli olaraq limitlər tətbiq edə bilər.

3.4. United Payment qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş hesabında saxlanılan pul vəsaitlərini Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında açılmış hesabda saxlamaq və ya digər üsullarla həmin pul vəsaitlərinin təhlükəsizliyinə təminat verir. Bütün hallarda pul vəsaitlərinin təhlükəsizliyinə təminat vermək United Paymentin vəzifəsidir və bu məqsədlə o, öz mülahizəsi ilə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə yol verilən istənilən qanuni təhlükəsizlik üsulunu seçə bilər.

4. Autentifikasiya

4.1. United Payment öz mülahizəsinə uyğun olaraq ödəniş hesabının açılması üçün əvvəlcədən və ya ödəniş hesabı açıldıqdan sonra istənilən vaxt İstifadəçini Autentifikasiya edə bilər. Autentifikasiya tələblərinin, tədbirlərinin və metodologiyasının seçilməsi müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla müstəsna olaraq United Paymentin səlahiyyətindədir.

4.2. Autentifikasiya tədbirləri ödəniş hesabında saxlanılan pulların məbləği və/və ya həyata keçirilən ödəniş əməliyyatlarının məbləği və sayı nəzərə alınmaqla da həyata keçirilə bilər. Bu bəndin birinci cümləsi United Paymentin istənilən vaxt və istənilən səbəbdən Autentifikasiya tədbirləri tətbiq etməsi hüququnu məhdudlaşdırmır.

4.3. United Payment tətbiq edilən autentifikasiya tədbirləri barədə məlumatları UP platformasında dərc etməklə, e-poçt, SMS bildirişi vasitəsilə və ya digər qaydada İstifadəçiyə bildirir.

4.4. UP platforması vasitəsilə ödəniş hesabının balansının artırılması zamanı United Payment, bank və ödəniş xidmətləri göstərən digər təchizatçılar qanunvericiliyə, öz daxili qaydalarına və mülahizələrinə uyğun olaraq Autentifikasiya və ya gücləndirilmiş İstifadəçi Autentifikasiyası tətbiq edə bilər. Həmin tədbirlər bank və digər ödəniş xidmətləri göstərən təşkilatlar tərəfindən tətbiq edildikdə, Autentifikasiya və ya gücləndirilmiş İstifadəçi Autentifikasiyasına dair münasibətlər İstifadəçi və həmin təşkilat arasında tənzimlənir və United Payment bunun üçün cavabdehlik daşımır.

4.5. United Payment İstifadəçini məsafədən Autentifikasiya etmək üçün ona fərdiləşdirilmiş təhlükəsizlik məlumatları təqdim edir. İstifadəçi həmin məlumatları təhlükəsiz saxlamalıdır.

4.6. İstifadəçi dəqiq və dolğun məlumat təqdim etməli və məlumatın dəqiq və dolğun olması üçün hesab məlumatlarını zəruri olduqca yeniləməlidir. UP platforması İstifadəçinin fəaliyyətini və əməliyyatlarını United Paymentin adından nümayiş etdirmir.5. İstifadəçinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələri

5.1. İstifadəçi fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının üçüncü şəxsə məlum olduğunu aşkar etdikdə dərhal həmin məlumatları UP platforması vasitəsilə dəyişdirməli, bu mümkün olmadıqda isə bu barədə United Paymentə məlumat verməlidir.

5.2. United Payment İstifadəçinin cihazının və UP platformasındakı ödəniş hesabına dair məlumatlarda qeydə alınmış mobil telefon nömrəsinin təhlükəsizliyi üçün məsuliyyət daşımır. İstifadəçi mobil telefonunu itirdikdə, telefon oğurlandıqda və ya hər hansı digər şəkildə üçüncü şəxslərin İstifadəçinin ödəniş hesabına daxil olma ilə bağlı şübhəsi olduqda və ya bunu aşkar etdikdə dərhal United Paymenti onun rəsmi səhifəsində dərc olunmuş əlaqə vasitələrindən istifadə etməklə mümkün olan istənilən formada (yazılı, elektron qaydada və s.) məlumatlandırmalıdır.

5.3. İstifadəçi anlayır və qəbul edir ki, ödəniş hesabına giriş və istifadə üçün razılıq verib- verməməsindən asılı olmayaraq onun ödəniş hesabından üçüncü şəxslərin istifadəsinə görə tam şəkildə məsuliyyət daşıyır. İstifadəçinin ödəniş hesabına United Paymentdən asılı olmayan hallarda səlahiyyətli və ya səlahiyyətsiz şəxslərin girişi nəticəsində İstifadəçiyə dəyən ziyana görə United Payment məsuliyyət daşımır.

5.4. İstifadəçi SİM kartın dublikatını əldə etməklə və ya digər yollarla həmin telefon nömrəsinə çıxışı təmin etmədikdə United Payment İstifadəçinin ödəniş hesabına və/və ya UP platformasına çıxışını bərpa etmək üçün öhdəlik daşımır.

6. Ödəniş əməliyyatları

6.1. İstifadəçi UP platforması vasitəsilə təqdim edilən funksionallıqlardan istifadə etməklə ödəniş əməliyyatının həyata keçirilməsi üçün United Paymentə ödəniş sərəncamını verə bilər.

6.2. Hər ödəniş əməliyyatına uyğun olaraq ödəniş sərəncamının icra edilməsi üçün UP platforması vasitəsilə İstifadəçidən zəruri məlumatlar tələb edilir.

6.3. Ödəniş əməliyyatının icrasından əvvəl United Payment tərəfindən İstifadəçiyə təqdim olunan zəruri məlumatların siyahısı və təqdim edilmə müddəti qanunvericiliyin tələbləri nəzərə alınmaqla United Payment tərəfindən birtərəfli qaydada müəyyən edilir.

6.4. Ödəniş əməliyyatı həyata keçirildikdən sonra United Payment İstifadəçini məlumatlandırır. Məlumatlandırma zamanı İstifadəçiyə təqdim edilən məlumatların siyahısı və təqdim edilmə müddəti qanunvericiliyin tələbləri nəzərə alınmaqla United Payment tərəfindən birtərəfli qaydada müəyyən edilir.

6.5. Ödəniş əməliyyatları UP platformasının funksionallıqlarından və United Payment tərəfindən təqdim edilən xidmətlərdən asılı olaraq, kredit köçürməsi və ya birbaşa debitləşmə ilə, habelə qanunvericiliklə qadağan edilməyən digər oxşar ödəniş alətləri ilə həyata keçirilə bilər.

6.6. Kredit köçürməsi zamanı İstifadəçi vəsaiti qəbul edən şəxsin düzgün seçilməsi, əgər tələb olunursa, məlumatlarının düzgün yazılması üçün tam məsuliyyət daşıyır. İstifadəçinin vəsaiti qəbul edən şəxsi yanlışlıqla seçməsi və ya məlumatları yanlış daxil etməsinə görə United Payment heç bir məsuliyyət daşımır. Bu müqavilənin 10.1-ci bəndinin tələblərinə uyğun olaraq vəsaitlərin geri qaytarılması barədə müvafiq tədbirlər United Payment tərəfindən görülə bilər.

6.7. Ödəniş əməliyyatı birbaşa debitləşmə ilə həyata keçirildikdə İstifadəçi ödəniş tapşırığını (ödəniş sərancamını) verməyə səlahiyyətli olan şəxsin düzgün müəyyən edilməsi və ödəniş sərancamımın düzgün verilməsi üçün məsuliyyət daşıyır. Birbaşa debitləşmə üçün United Payment əvvəlcədən İstifadəçinin razılığını əldə edir. Qeyd olunan razılıqda İstifadəçihəmçinin birbaşa debitləşmə üzrə ödəniləcək məbləğ limitini müəyyən etməlidir. Əgər birbaşa debitləşmə üzrə ödəniş əməliyyatının məbləği İstifadəçinin müəyyən etdiyi limiti aşmışsa İstifadəçi həmin ödənişin onun ödəniş hesabından silindiyi tarixdən 2 (iki) ay müddətində United Paymentə müraciət edə bilər, müddətin ötürülməsi İstifadəçini bu hüquqdan məhrum edir. Belə müraciət daxil olduqdan sonra 5 (beş) iş günü ərzində United Payment artıq ödənilmiş məbləği İstifadəçiyə geri qaytarmalı və ya imtinanın səbəbləri barədə İstifadəçiyə əsaslandırılmış məlumat verməlidir.

6.8. İstifadəçi elektron pulları digər istifadəçilərə və ya elektron pulu ödəniş aləti kimi qəbul edən üçüncü şəxslərə köçürə bilər.

6.9. Ödəniş əməliyyatının müxtəlif qrafik təsvirlərdən (məsələn, QR və ya bar kodlardan) istifadə edilməklə və ya digər hər hansı ənənəvi olmayan yollarla həyata keçirilməsi ödəniş əməliyyatının etibarlılığına təsir göstərmir. Həmin hallarda əgər İstifadəçi əvvəlcədən müəyyən hərəkətin ödəniş əməliyyatının həyata keçirilməsi üçün sərəncamın olduğu barədə məlumatlandırılmışsa, tələb olunan hərəkətin yerinə yetirilməsi (məsələn, QR və ya bar kodun oxudulması) İstifadəçinin ödəniş əməliyyatını avtorizə etməsi hesab edilir.

6.10. Bu Müqavilədə nəzərdə tutulan ödəniş əməliyyatlarının həyata keçirilməsi UP platformasının funksionallıqlarından və onun vasitəsilə göstərilən xidmətlərdən asılıdır. Əgər UP platforması müəyyən ödəniş əməliyyatını dəstəkləmirsə (məsələn birbaşa debitləşmə), bu Müqavilədə həmin növ əməliyyat üzrə nəzərdə tutulmuş müddəalar tətbiq edilmir. Heç bir halda United Payment müəyyən ödəniş əməliyyatını həyata keçirmək üçün funksionallıq təqdim etməyi öhdəsinə götürmür.

7. Ödəniş sərancamının verilməsi, icraya qəbulu vaxtı və icra müddəti

7.1. İstifadəçı UP platformasında ödəniş əməliyyatları zamanı ona aşkar olan şəkildə əməliyyatı tamamlamağa dair seçimi seçdikdə (məsələn “ödə”, “ödəniş et”, “əməliyyatı tamamla”, “təsdiq et”, “köçür” və s.) ödəniş əməliyyatını avtorizə etmiş hesab edilir.

7.2. İstifadəçi tərəfindən bu Müqavilə və/və ya UP platforması ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə və Ödəniş sərəncamının qüsurlu olmadığı təqdirdə United Payment avtorizə edilmiş ödəniş sərancamını icraya qəbul edir.

7.3. Avtorizə edilmiş Ödəniş sərancamı əməliyyat günündən sonra təqdim olunduqda ödəniş sərəncamı növbəti əməliyyat günü icraya qəbul edilmiş hesab olunur.

7.4. United Payment Ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra edir.

7.5. Ödəniş əməliyyatı birbaşa debitləşmə ilə həyata keçirildikdə United Payment Ödəniş sərancamını İstifadəçi ilə razılaşdırılmış tarixdə təmin edir.

7.6. İstifadəçi qəbul edir ki, onunla UP platforması vasitəsilə razılaşdırmaqla, müəyyən hallarda isə texniki halın baş verməsi nəticəsində onun hesabında məbləğin olmadığı halda, onun Ödəniş sərəncamının icrası United Payment tərəfindən təmin edilə bilər (overdraft). Bu halda ödənişin United Paymentin vəsaiti hesabına icra edildiyini nəzərə alaraq, İstifadəçi həmin vəsaitləri United Paymentə 30 (otuz) gündən gec olmayan müddət ərzində geri qaytarmalı olduğunu qəbul edir. UP platforması vasitəsilə İstifadəçiyə daha uzun müddət təqdim edilmədiyi təqdirdə, İstifadəçi həmin vəsaiti və vəsaitdən faydalanmağa görə həmin vəsaitin məbləğindən faizləri (qanunvericiliklə müəyyən edilən qaydada və həddə) United Paymentə geri ödəməldir.

7.7. İstifadəçi razılaşır ki, bu Müqavilənin 7.6-cı bəndinə uyğun olaraq, müəyyən edilmişvaxtda geri qaytarmadığı pul vəsaitlərini United Payment öz mülahizəsinə əsasən onun ikinciyə məlum olan ödəniş hesablarından tuta bilər.

8. İstifadəçi tərəfindən ödəniş sərəncamından imtina və ödəniş sərəncamının geri götürülməsi

8.1. İstifadəçi Ödəniş sərəncamından 8.2-8.5-ci bəndlər ilə müəyyən edilmiş anadək istənilən vaxt imtina edə bilər. Dövri ödəniş əməliyyatlarının icrası üzrə verilmiş sərəncamdan imtina nəticəsində İstifadəçinin seçimindən asılı olaraq ancaq icra vaxtı çatmış əməliyyat və ya bütün növbəti ödəniş əməliyyatları avtorizə edilməmiş hesab edilir və icra olunmur.

8.2. İstifadəçi ödəniş sisteminə göndərilən Ödəniş sərəncamını müvafiq ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilən andan etibarən geri götürə bilməz.

8.3. Ödəniş sərəncamının icrası üçün İstifadəçi United Payment ilə gün razılaşdırdıqda Ödəniş sərəncamını ən geci razılaşdırılmış gündən əvvəlki iş gününün sonunadək geri götürə bilər.

8.4. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə, İstifadəçi vasitəçiyə ödəniş əməliyyatının başladılmasına razılıq verdikdən sonra ödəniş sərəncamını geri götürə bilməz.

8.5. Birbaşa debitləşmə alətindən istifadə edildikdə İstifadəçi ən geci pul vəsaitinin ödəniş hesabından silinməsi üçün müəyyən etdiyi gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi sərəncamı geri götürə bilər.

9. Avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatları üzrə bildiriş

9.1. İstifadəçi ödəniş əməliyyatının icrasından sonra 6 (altı) aydan gec olmayaraq avtorizə edilməmiş və ya səhv icra olunmuş hər hansı ödəniş əməliyyatlını müəyyən etdikdə, bu barədə United Paymenti dərhal məlumatlandırmalıdır, əks halda İstifadəçi bu maddənin 9.2-ci bəndilə nəzərdə tutulmuş hüquqdan məhrum edilir.

9.2. United Payment İstifadəçidən 9.1-ci bənddə qeyd olunan bildirişi aldığı təqdirdə ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin İstifadəçinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya United Paymentin digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını 5 (beş) iş günündən gec olmayaraq (ödəniş alətləri ilə ölkə xaricində aparılan əməliyyatlarda isə iştirakçısı olduğu ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilmiş müddətdə) sübuta yetirərərək təqdim etmədiyi təqdirdə, qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilmiş xidmət haqqı ilə (tətbiq olunmuşdursa) birlikdə ödəniş əməliyatının məbləğini İstifadəçiyə geri ödəyir.

10. Əsassız olaraq və ya səhvən həyata keçirilmiş ödəniş əməliyyatına görə pul vəsaitlərinin geri qaytarılmasının mümkünlüyü

10.1. United Payment İstifadəçinin pul vəsaitlərindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz. Bunu nəzərə alaraq İstifadəçi tərəfindən səhv təqdim edilmiş məlumatlar üzrə ödəniş sərəncamının icrası hallarında United Payment vəsaitin qaytarılması üzrə məsuliyyət daşımır. Bununla belə, İstifadəçi tərəfindən səhvən təqdim edilmiş məlumatlar əsasında ödəniş əməliyyatı icra edildikdə, İstifadəçi ödəniş əməliyyatı icra edildiyi gündən etibarən 2 (iki) ay müddətində United Paymentə bütün sübütedici sənədləri təqdim etməklə ödəniş əməliyyatı üzrə pul vəsaitinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. United Payment bu müraciəti əsaslı hesab etdikdə və köçürülmüş vəsaitin qaytarılmasımümkün olduqda Müqavilənin 10.2-ci bəndində müəyyən olunmuş qaydaya əməl etməklə İstifadəçiyə həmin vəsaitləri geri qaytara bilər.

10.2. Müqavilənin 10.1-ci bəndini nəzərə alaraq İstifadəçi United Paymentə razılıq verir ki, onun ödəniş hesabına digər İstifadəçi tərəfindən əsassız olaraq və səhvən pul vəsaiti mədaxil edildikdə United Payment digər İstifadəçiyə həmin vəsaitlərin geri qaytarılması məqsədi ilə müəyyən tədbirlər görə və araşdırmalar apara bilər. Bu kimi hallarda hesabına səhvən vəsait köçürülmüş İstifadəçi United Paymentlə vəsaitin geri qaytarılması üzrə əməkdaşlıq edəcəyini qəbul edir. Bununla belə, United Payment hər hansı başqa əsasla İstifadəçinin ödəniş hesabına əsassız olaraq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərini onun ödəniş hesabından akspetsiz qaydada silə bilər. Bu Muqaviləni imzalamaqla İstifadəçi akseptsiz silinmə əməliyyatına əvvəlcədən razılığını vermiş hesab edilir.

11. Xidmət haqqı və valyuta mübadiləsi məzənnəsi

11.1. United Payment UP Platformasından istifadəsi, o cümlədən aşağıdakı xidmətlərin göstərilməsi üçün xidmət haqqı (komissiya) tətbiq edir, İstifadəçi isə həmin xidmət haqqı ilə bağlı ödənişləri vaxtı-vaxtında ödəyir:

11.1.1 ödəniş hesabının açılması;

11.1.2 elektron pulun emissiyası;

11.1.3 ödəniş əməliyyatlarının icra edilməsi;

11.1.4 ödəniş sərancamının geri götürülməsi;

11.1.1. ödəniş hesabı üzrə məlumatın (çıxarışın) kağız daşıyıcıda (imzalı və möhürlü şəkildə) verilməsi;

11.1.2. Bu Müqavilə ilə nəzərdən tutulmayan məlumatlardan əlavə məlumatların təqdim edilməsi;

11.1.3. Məlumatların Müqavilədə nəzərdə tutulmayan əlaqə vasitəsilə ötürülməsi;

11.1.4. Təqvim ayı ərzində aparılmış ödəniş əməliyyatları barədə ödəniş sərancamının icrasından sonra təqdim edilən məlumatlara uyğun olaraq məlumatların bir dəfədən artıq və ya daha tez dövriliklə tələb olunması.

11.2. Xidmət haqqı məbləğləri (komissiya) UP Platformasında dərc olunan tariflərə uyğun olaraq tətbiq olunur. Konteksdən digər halın irəli gəlməsi istisna olmaqla, xidmət haqqı üzrə bütün ödənişlər ƏDV xaric məbləğlərdən ibarətdir. United Payment xidmət haqqı məbləğləri ilə bağlı ödənişlərin İstifadəçinin ödəniş hesablarındakı vəsaitlərdən birtərəfli qaydada tuta və ya bu ödənişlərin ayrılıqda İstifadəçi tərəfindən ödənilməsini tələb edə bilər.

11.3. Bu Müqavilədə nəzərdə tutulan qaydada xidmət haqqı tutulduqda və ya valyuta mübadiləsi tətbiq edildikdə ödəniş sərəncamindan əvvəl UP platforması vasitəsilə İstifadəçiyə həmin xidmət haqqı və ya valyuta məzənnəsi barədə məlumat təqdim edilir. İstifadəçi sərəncamı təsdiq etməklə həmin xidmət haqları və ya valyuta məzənnəsinə razılığını bildirmiş olur.

11.4. İstifadəçi anlayır və qəbul edir ki, UP platforması vasitəsilə təqdim olunan hər hansı xidmətlə əlaqədar United Paymentin əməkdaşlıq etdiyi digər ödəniş xidməti təchizatçıları da öz növbəsində xidmət haqqı tətbiq edə bilərlər. United Payment bu cür xidmət haqqının növü və məbləği üçün məsuliyyət daşımır.

11.5. Vergi orqanları Ödənişləri Müştəri və ya Ödənişlərdən vəsait əldə edən hər hansı faydalanan üçün həmin məbləği vergi tutulan gəlir kimi təsnif edə bilər. United Payment şəxsiyyəti təsdiq edən sənədləri, ünvanını təsdiq edən sənədləri, bütün Müştərilərin və hər hansıdigər faydalanan şəxsin vergi identifikasiya nömrəsini (VÖEN) tələb edə bilər ki, United Payment vergi tutulan gəlirləri müvafiq vergi orqanlarına bildirsin. United Payment müvafiq vergi orqanlarının tələb etdiyi təqdirdə Müştəri və ya digər faydalanan şəxslərə dair sənədləri vergi orqanına təqdim edəcəkdir. United Payment hər hansı bir Müştəri və ya üçüncü tərəfə vergi ilə bağlı məsləhət vermir və bu kimi Müştəri və ya üçüncü şəxslərin seçdikləri vergi məsləhətçiləri ilə məsləhətləşmələrini təklif edir.

12. Lisenziya və əqli mülkiyyət hüquqları

12.1. 12.5-ci bənddə müəyyən olunan hüquqları özündə saxlamaq şərtilə, bu Müqavilə ilə United Payment UP platformasından istifadə üzrə İstifadəçiyə məhdud, qeyri-müstəsna, özgəninkiləşdirilə bilməz və ləğv edilə bilən lisenziya verir.

12.2. United Payment istənilən vaxt bu Müqavilə ilə İstifadəçiyə təqdim etdiyi məhdud lisenziyanı ləğv etmək hüququnu özündə saxlayır.

12.3. UP platformasında mövcud olan xidmətlər, məlumatlar və nişanlar Azərbaycan Respublikasının müəllif hüquqları, əmtəə nişanları, xidmət nişanları, patent, kommersiya sirri haqqında qanunlarına və Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş beynəlxalq əqli mülkiyyət normalarına uyğun olaraq qanuni şəkildə qorunur. İstifadəçi UP platforması və ya United Paymentin göstərdiyi xidmətlər vasitəsilə əldə edilən hər hansı məzmunda, xidmətdə və ya nişanda olan bütün müəllif hüquqları və digər qanuni bildirişlərə, məlumatlara və məhdudiyyətlərə hörmət etməyə razılaşır. İstifadəçi xidmətləri dəyişdirməmək, tərcümə etməmək və ya başqa bir şəkildə törəmə əsərlər yaratmamaqla bağlı razılaşır.

12.4. United Payment İstifadəçiyə UP platformasından və müvafiq məlumatlardan yalnız bu Müqavilə üzrə xidmətlər ilə əlaqədar istifadə etmək üçün məhdud icazə verir (bu icazə müvəqqətidir, yalnız İstifadəçi üçün nəzərdə tutulub, İstifadəçi tərəfindən üçüncü şəxsə verilə və ötürülə bilməz). United Payment İstifadəçiyə icazə vermədiyi təqdirdə İstifadəçi

Müqavilənin 12.1-ci maddəsində sadalanan hər hansı məlumatları, eləcə də bu Müqavilə ilə əlaqədar heç bir digər məlumatı üçüncü şəxs üçün işləyə, ona paylaya, ötürə, verə, sata, yayımlaya, icarəyə verə, paylaşa, istifadəyə verə, dəyişdirə, uyğunlaşdıra, düzəliş edə, törəmə əsərləri yarada, lisenziya ilə verə və ya başqa bir şəkildə ötürə və ya istifadə edə bilməz .

12.5. UP platforması, o cümlədən müvafiq internet saytı və proqram təminatı, bu saytın və proqram təminatının strukturunu və məzmununu təşkil edən bütün məlumatlar ilə əlaqədar bütün mülkiyyət hüquqları, patent, əmtəə nişanı, müəlliflik və digər əqli mülkiyyət hüquqları United Paymentə məxsusdur. Bu maddənin məqsədləri üçün internet saytı və proqram təminatı dedikdə, bu internet saytını və proqram təminatını təşkil edən və onlarla bağlı olan platforma, platformanın bütün ilkin mətni və obyekt kodları, UX və UI elementləri, digər struktur vahidləri, tətbiq vasitələri, onların loqinləri və şifrələri başa düşülür. İnternet saytının və proqram təminatının məzmununu təşkil edən məlumatlara bu saytda və proqram təminatında olan loqolar, digər əmtəə nişanları, maliyyə institutları və istifadəçilər haqqında məlumatlar, onların hesablarına keçid məlumatları və s. aiddir.

13. Məlumatların işlənilməsi

13.1. United Payment İstifadəçinin fərdi məlumatlarını qanunvericiliyə və məxfilik haqqında özünün siyasətinə uyğun olaraq işləyir, mühafizə edir və üçüncü şəxslərə açıqlayır.

13.2. Fərdi məlumatlar bu Müqavilənin icrası, marketinq, satışların artırılması, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi və artırılması, yeni məhsulların hazırlanması və s.məqsədlər üçün işlənilir. Bütün hallarda fərdi məlumatların işlənilməsi məqsədləri məxfilik haqqında United Paymentin siyasətində göstərilir.

13.3. UP Platformasında təqdim olunan xidmətlər 14 yaşından kiçiklər üçün nəzərdə tutulmayıb. United Payment 14 yaşından kiçik şəxslərin şəxsiyyətini müəyyən edən məlumatları toplamır və işləmir.

13.4. United Payment öz öhdəliklərinin pozuntusu ilə əlaqədar olmayan hər hansı bir məlumati etkisinə görə məsuliyyət daşımır. Kart məlumatlarının saxlanılması ekvayer bank tərəfindən təmin olunur və biz heç bir kart məlumatları UP platformasında və serverlərində saxlamır.

14. PL/TMM, vergidən yayınma ilə mübarizə

14.1. Tərəflər bəyan edirlər ki, onlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və vergidən yayınmaya qarşı mübarizə aparırlar.

14.2. İstifadəçi heç bir halda UP platforması vasitəsilə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılmasında və ya buna cəhd edilməsində, o cümlədən terrorçuluğun maliyyələşdirilməsində iştirak etməməlidir. İstifadəçi UP platforması vasitəsilə apardığı bütün ödəniş əməliyyatlarında istifadə etdiyi pul vəsaitlərinin mənbəyinin qanuni olmasına görə tam məsuliyyət daşıyır və mənbəyinə dair əsaslı şübhələr olan pul vəsaitlərinin İstifadəçinin ödəniş hesabına qəbulu halında, o cümlədən ödəniş əməliyyatının özü cinayət, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayət əməlləri nəticəsində əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılmasına cəhd məqsədilə aparıldıqda və İstifadəçi bunu bildikdə və ya bilməli olduqda və ya İstifadəçinin aparılan ödəniş əməliyyatının məqsədinə dair əsaslı şübhələri olduqda dərhal United Payment və hüquq mühafizə orqanlarını məlumatlandırmağı öhdəsinə götürür.

14.3. İstifadəçi bəyan edir ki, o, UP platformasından istifadə ilə əlaqədar və ya UP platforması vasitəsilə Azərbaycan Respublikasında və ya digər ölkələrdə vergi və digər məcburi ödənişləri ödəməkdən yayınmayıb və bundan sonra da yayınmayacaq.

14.4. İstifadəçi UP platforması vasitəsilə apardığı əməliyyatlar ilə əlaqədar qanunvericiliklə ödəməli olduğu bütün vergilərin ödənilməsi, vergidən yayınma və digər məcburi ödənişlərin həyata keçirilməməsi üçün tam məsuliyyət daşıyır. United Payment yalnız ödəniş həlləri təqdim edən ödəniş xidməti təchizatçısıdır və İstifadəçinin vergi və digər məcburi ödənişləri etməsi, o cümlədən məcburi bəyannamələri və hesabatları qanunvericiliyə uyğun şəkildə dövlət orqanlarına təqdim etməsi üçün hər hansı məsuliyyət daşımır.

14.5. United Payment istənilən vaxt İstifadəçinin həyata keçirdiyi ödəniş əməliyyatları ilə bağlı ondan əlavə sənədlər tələb edə bilər. United payment müvafiq dövlət vergi orqanlarının tələb etdiyi təqdirdə İstifadəçi və ya digər faydalanan şəxslərə dair sənədləri vergi orqanına təqdim edə bilər. United Payment İstifadəçi və ya üçüncü tərəfə vergi ilə bağlı məsləhət vermir və təklif edir ki, bu sahədə İstifadəçilər özlərinin seçdikləri üçüncü şəxs vergi məsləhətçiləri ilə məsləhətləşsinlər.

15. Bloklaşdırma, ödəniş hesabından pul vəsaitlərinin silinməsi və bır sıra məhdudiyyətlərın qoyulması

15.1. United Payment bunlarla məhdudlaşmamaq şərtilə, aşağıdakı hallarda İstifadəçinin ödəniş hesabını və /və ya həyata keçirdiyi ödəniş əməliyyatlarını bloklaşdıra bilər:15.1.1. İstifadəçi bu Müqavilənin hər hansı müddəasını pozduqda, o cümlədən UP platformasından və ya ödəniş hesabından istifadə qaydalarını pozduqda;

15.1.2. İstifadəçi Müqavilənin 2.2-ci bəndinə, hər hansı digər hissəsinə və ya qanunvericiliyintələblərinə uyğun olaraq hesab, həyata keçirilən əməliyyatlar barədə ondan tələb edilən məlumat və sənədləri və ya UP Platformasından istifadə ilə əlaqədar digər məlumat və sənədləri United Paymentə növbəti günə qədər təqdim etmədikdə;

15.1.3. İstifadəçinin UP platformasından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçünistifadə etdiyi aşkar olunduqda;

15.1.4. UP platformasının, İstifadəçinin ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərinin təhlükəsizliyinin təmin edilməsi zərurəti olduqda;

15.1.5. UP platforması, ödəniş hesabı, elektron pullar və digər ödəniş alətlərindən dələduzluq məqsədilə və ya səlahiyyəti olmayan üçüncü şəxslərin istifadəsi ehtimalı yarandıqda;

15.1.6. Texniki xəta nəticəsində ödəniş hesabında mövcud olan məbləğdən daha artıq məbləğdə olan ödəniş əməliyyatı həyata keçirildikdə;

15.1.7. İstifadəçinin ödəniş hesabına səlahiyyəti olmayan üçüncü şəxslərin giriş etməsi nəticəsində ödəniş hesabına/ödəniş hesabından pulların köçürülməsi halında;

15.1.8. İstifadəçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, o cümlədən İstifadəçinin adi qaydada həyata keçirdiyi ödəniş əməliyyatlarından fərqlənən qeyri-standard və ya qeyri-adi dərəcədə mürəkkəb ödəniş əməliyyatlarının həyata keçirilməsi halında ödəniş hesabı və UP platformasından qeyri-qanuni istifadə şübhəsi yarandıqda;

15.1.9. Qanunvericiliyə uyğun olaraq ödənilməli olan vergi və digər məcburi ödənişləri ödəməkdən yayınma halı ehtimalı olduqda;

15.1.10. İstifadəçi UP platformasında bu Müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş autentifikasiya üzrə tələbləri yerinə yetirmədikdə;

15.1.11. İstifadəçinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsi ehtimalı olduqda;

15.1.12. İstifadəçinin United Paymentə borcu olduqda və İstifadəçinin ödəniş hesabındakı məbləğ həmin borcu silmək üçün kifayət etmədikdə;

15.1.13. United Paymentin daxili qayda və təlimatlarına əsasən digər hallarda;

15.1.14. İstifadəçinin təşəbbüsü olduqda;

15.1. 15. Qanunvericilikdə nəzərdə tutulan digər hallarda, eləcə də məhkəmə qərarı və ya səlahiyyətli dövlət orqanının tələbi olduqda;

15.1.16. Müştərinin United Paymentə yalnış məlumat verdiyi aşkar edildikdə, özü barəsində saxta, düzgün olmayan sənədlər təqdim etdikdə və ya United Paymenti digər formada aldatması aşkar olduqda;

15.1.17. İstifadəçi tərəfindən 12 (on iki) aydan çox müddətdə hesab üzrə əməliyyat aparılmadıqda.

15.2. Tərəflər anlayır və qəbul edir ki, United Payment hər bir halda zərurət yarandığı təqdirdə bu Müqavilə, United Paymentin daxili qaydaları (internet saytında və ya UP Platformada dərc edilən) və tətbiq edilən qanunvericiliyə uyğun olaraq İstifadəçinin ödəniş hesabına çıxış əldə etməsinə məhdudiyyət qoya və ya onun əməliyyat aparmasından imtina edə bilər.

15.3. Bununla məhdudlaşmamaq şərtilə, United Payment aşağıdakı hallarda İstifadəçinin ödəniş hesabından elektron pulları silə bilər:

15.3.1 Müqavilənin icrası ilə bağlı zəruri halda;

15.3.2 İstifadəçi ödəniş hesabının balansında olan məbləğdən daha artıq istifadə etdikdə;

15.3.3 İstifadəçinin United Paymentə borcu olduqda;

15.3.4 Müqavilənin 10.2-ci bəndində göstərilən hallarda

15.3.5 Müştərinin hesabından tutulma ilə bağlı məhkəmə qərarı olduqda və ya qanunvericilik üzrə digər əsasla.15.4. Hər bir halda bloklaşdırma müddəti müvafiq qanunvericilik tələblərinə uyğun olaraq, United Paymentin internet səhifəsində və ya UP Platformasında dərc olunan daxili qaydalarına əsasən müəyyən edilir. İstifadəçinin ödəniş hesabı və ödəniş əməliyyatları bloklaşdırıldıqda, ödəniş əməliyyatlarının icrasından imtina edildikdə və ya ödəniş hesabından pul vəsaitləri silindikdə mübahisələr United Paymentin daxili qaydaları və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

16. Məsuliyyət

16.1. Tərəflər bu Müqavilənin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

16.2. Bir Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyyət daşıyır. United Payment yalnız bu Müqavilə üzrə İstifadəçiyə vurduğu faktiki real zərərlərə görə məsuliyyət daşıyır.

16.3. İstifadəçinin UP Platformasındakı fəaliyyəti və əməliyyatları ilə bağlı United Paymentin təqdim etdiyi UP platforması və əlaqədar xidmətlərə baxmayaraq, İstifadəçi öz fəaliyyəti və əməliyyatları üçün şəxsən məsuliyyət daşıyır və fəaliyyətinin və əməliyyatları üzrə yeganə cavabdeh tərəfi olaraq Müqavilədəki bütün öhdəliklərə əməl etməyi öhdəsinə götürür. İstifadəçi eləcə də, bu Müqavilədə United Paymentə aid açıq-aşkar şəkildə müəyyən olunan məsuliyyət müddəaları istisna olmaqla, İstifadəçinin özünün fərdiləşdirilmiş təhlükəsizlik məlumatları və digər həssas ödəniş məlumatlarının qorunması üçün özü məsuliyyət daşıyır.

17. Müqavilənin müddəti və ləğvi

17.1. Bu Müqavilə UP platformasında İstifadəçinin bu Müqaviləni təsdiq etməsini təsdiq edən “Təsdiqləmək” seçimini etdiyi andan bağlanılmış hesab edilir. Müqavilə Tərəflər arasında ləğv edilənədək qüvvədə qalır.

17.2. Müqaviləyə aşağıdakı hallarda ləğv edilə bilər:

17.2.1. Müştərinin hesabın bağlanması və ya Müqaviləyə xitam verilməsi haqqında bildirişi ilə- United Payment qarşısında bütün öhdəliklərinin icrası şərtilə UP platforması vasitəsilə 30 (otuz) gün əvvəlcədən United Paymentə bildiriş göndərilməklə;

17.2.2. . United Paymentin təşəbbüsü ilə qanunvericilikdə başqa müddət nəzərdə tutulmaqdıqda 30 (otuz) gün əvvəlcədən İstidadəçiyə bildiriş göndərilməklə

17.2.3. Qanunvericiliklə başqa cür müəyyən edilmədikdə aşağıdakı hallar olduqda United Payment İstifadəçiyə bildiriş göndərməklə dərhal:

17.2.4. Müştəri həyata keçirilən əməliyyatlar barədə ondan tələb edilən məlumat və sənədləri United Paymentə 10 (on) gün ərzində təqdim etmədikdə;

17.2.5. Bu Müqavilənin 15-ci maddəsində nəzərdə tutulan hallardan biri aşkar edildikdə;

17.2.6. Müştəri 12 (on iki) aydan çox müddətə UP pul kisəsindən istifadə etmədikdə;

17.2.7. Hüquqi şəxs olan Müştəri ləğv edildikdə, yaxud qanunvericiliyə uyğun olaraq müflis olduqda, fiziki şəxs olan Müştəri isə öldükdə, onun ölməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;17.2.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.

17.3. Müqavilə ləğv edilənədək və ya Müştərinin hesabı bağlananadək İstifadəçi istifadə etdiyi ödəniş xidmətlərinə görə xidmət haqlarını ödəməlidir. Əgər xidmət haqları avans şəklində ödənilmişdirsə, həmin haqlar Müqavilə ləğv edilənədək göstərilən ödəniş xidmətlərinə görə ödənilməli olan xidmət haqları çıxılmaqla müqavilə ləğv olunduğu günün növbəti iş günündən gec olmayaraq geri qaytarılır.

17.4. Bu Müqaviləyə ləğv edildikdə və ya Müştərinin hesabı bağlandıqda United Payment

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq elektron pulun və digər vəsaitlərin qalıq dəyərini İstifadəçiyə geri ödəyir. Vəsaitlər Müştərinin göstərişi ilə onun müvafiq ərizəsinin alındığı gündən 7 (yeddi) gün ərzində Müştərinin adına olan başqa hesaba köçürülə bilər. Hesabın qalığının Müştəriyə köçürülməsi və ya digər formada qaytarılması mümkün olmadıqda, həmin vəsait müvafiq istifadəçi kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür, United Paymentin tariflərində nəzərdə tutulduğu təqdirdə, buna görə bağlanmış hesabın əməliyyat sistemində saxlanmasına görə müvafiq komisyon haqq tutulur.

18. Müxabirləşmə və danışıqlar

18.1. Tərəflər arasında müxabirləşmələr UP platforması, telefon zəngi və elektron poçt vasitəsilə aparıla bilər.

18.2. United Paymentin əlaqə məlumatları yuxarıda “United Payment barədə məlumatlar” hissəsində göstərilir. Əlaqə məlumatları dəyişdikdə, İstifadəçiyə bu barədə UP platforması vasitəsilə məlumat verilir.

18.3. İstifadəçinin əlaqə məlumatları onun UP platforması vasitəsilə United Paymentə təqdim etdiyi məlumatlardır. İstifadəçi haqqında məlumatlar dəyişdikdə, İstifadəçi dərhal United Paymentə bu barədə məlumat verməlidir.

19. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi

19.1. United Payment İstifadəçiyə 30 (otuz) gün əvvəlcədən UP platforması vasitəsilə və ya 18.1-ci bənddə müəyyən olunan digər vasitəylə bildiriş təqdim edərək məlumat verməklə bu Müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Bu müddət ərzində İstifadəçi dəyişikliklərlə bağlı öz etirazınızı bildirmədikdə, bu dəyişiklikləri qəbul etmiş hesab ediləcəkdir.

19.2. İstifadəçinin vəziyyətini yaxşılaşdıran dəyişikliklər 19.1-ci bənddə göstərilən müddət gözlənilmədən United Payment tərəfindən tətbiq edilə bilər.

20. Tətbiq edilən hüquq və mübahisələrin həlli

20.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun təfsir olunur.

20.2. United Payment İstifadəçi tərəfindən şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində müraciətə baxır və nəticəsi barədə İstifadəçini məlumatlandırır. Müraciətə baxılması bu müddətdə mümkün olmadığı halda həmin müddətdən gec olmayaraq şikayətə baxılması müddətinin artırılmasının səbəblərini əsaslandırmaqla şikayətə baxılması müddəti barədə İstifadəçiyə məlumat verir. United Paymentə şikayətin verilməsi İstifadəçinin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.20.3. Bu Müqavilə üzrə Tərəflər arasında yaranan bütün mübahisələr danışıqlar yolu ilə həll olunur. Danışıqlar nəticəsində Tərəflər qarşılıqlı razılaşma əldə etmədikdə mübahisə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll edilir.

21. UP platformasında əlavə funsionallıqlar

21.1. United Payment UP platformasında qabaqlayıcı və ya yeniləmə işləri görə bilər.

21.2. İstifadəçilərə UP pul kisəsindən istifadənin təşviqi üçün hər hansı loyallıq proqramlarının (bonusların və s.) və ya kampaniyaların təşkili United Payment in müstəsna səlahiyyətidir və United Payment bu tədbirləri İstifadəçi ilə razılaşdırmadan istənilən vaxt həyata keçirə və ya dayandıra bilər.

21.3. United Payment fərqli xidmətlər göstərən üçüncü tərəflərlə layihələr çərçivəsində əməkdaşlıq edərək İstifadəçilərə yeni məhsullar və ya UP platformasında yeni həllər təklif edə bilər.

21.4. UP platforması üzərindən edilən ödəniş əməliyyatı üzrə geri ödəniş əməliyyatları olduqda həmin ödəniş üzrə hesablanan bonusların İstifadəçidən geri alınması;

21.5. United Payment xidmət çeşidlərinin artırılması məqsədilə gələcəkdə digər üçüncü şəxslərlə əməkdaşlığı çərçivəsində onlar tərəfindən təqdim edilən xidmətlərin UP platforması vasitəsilə təqdim edilməsi və/və ya istifadə edilməsi imkanını təmin edə bilər. Bütün belə əlavə xidmətlər üçün tələb oluna bilər ki, İstifadəçi ilə United Payment arasında yeni müqavilə bağlanılsın, hazırki Müqaviləyə dəyişiklik edilsin, yaxud İstifadəçi ilə xidməti təqdim edən müvafiq üçüncü şəxs arasında ayrıca müqavilə bağlansın. Bu barədə United Payment öz mülahizəsi ilə İstifadəçiyə bildiriş verə və İstifadəçi ilə bu şərtləri əvvəlcədən razılaşdıra bilər.

22. İstifadəyə dair məhdudiyyətlər və İstifadəçinin zəmanətləri

22.1. İstifadəçiyə UP platformasından istifadə etməklə aşağıdakıları icra etmək qadağandır:

22.1.1. başqasını təqlid etmək;

22.1.2. kimisə təhqir edə biləcək və ya hər hansı bir şəxsin hüquqlarını pozan istifadəçi adı seçmək;

22.1.3. digər insanların və ya şirkətlərin hüquqlarını pozan, qanunu pozan və ya hər hansı bir tərəfə aid ola biləcək hər hansı bir müqavilə və ya qanuni vəzifəni pozan hər hansı bir hərəkət etmək;

22.1.4. tələb olunmayan və ya icazəsiz reklam və ya tanıtma materialı və arzuolunmaz poçt, spam və ya zəncir məktubları yaymaq; poçt siyahılarını, siyahıları və ya Platforma vasitəsilə hər hansı bir avtomatik cavablandırma və ya spam göndərmək;

22.1.5. proqram viruslarını və ya UP platformasındakı hər hansı bir proqram, hardware və ya avadanlığın düzgün işləməsinə mane olan və ya Platformanın hər hansı digər istifadəçi tərəfindən istifadəsinə müdaxilə edən proqramları yaymaq;

22.1.6. UP Platformasının və United Paymentin göstərdiyi xidmətlərin təhlükəsizliyini təmin etmək üçün UP platformasının tətbiq etdiyi hər hansı tədbiri dəf etmək, hər hansı bir sistemə, məlumata, şifrəyə və ya UP platforması, İstifadəçi məlumatları və ya xidmətlərə icazəsiz giriş əldə etmək üçün digər cəhd göstərmək, hər hansı məlumatı əldə etmək üçün yenidən proqramlaşdırmaq və ya digər yolla xidmətlərin hər hansı bir hissəsini ayırmaq, yaxud hər hansı bir proqramdan istifadə etməklə UP platformasının hər hansı bir hissəsində icazəsiz gəzmək;22.1.7. Qüvvədə olan qanunvericilik üzrə korrupsiyaya qarşı tələbləri pozmaqla hökümət orqanının vəzifəli şəxsinə və ya işçisinə və ya dövlət orqanının nəzarəti altında olan hər hansı bir şəxsə və ya hər hansı bir siyasi partiyaya, siyasi partiyanın vəzifəli şəxsinə və ya rəsmi şəxs qismində çıxış edən hər hansı digər şəxsə təklif, ödəniş, ödəniş vədi, ödənişin təsdiqi, pulun və ya digər qiymətli əşyanın verilməsi ilə bağlı ödənişlərin maliyyələşdirilməsi məqsədilə öz fəaliyyəti haqqında məlumatlara hər hansı bir məlumat və ya sorğu daxil etmək və ya Xidmətlərdən əldə edilmiş maliyyə vəsaitlərindən istifadə etmək;

22.1.8. Tərəflərdən hər hansı birinə tətbiq olunan hər hansı sanksiyanı pozmaqla, qüvvədə olan qanunvericilik üzrə terrorçu təşkilat kimi müəyyən olunan təşkilatın hər hansı nümayəndəsinə və ya işçisinə, yaxud bu təşkilat tərəfindən idarə olunan şəxsə, yaxud terrorist məqsədlər ilə əlaqədar fəaliyyət göstərməsi ilə bağlı şübhə olan digər şəxsə təklif, ödəniş, ödəniş vədi, ödənişin təsdiqi, pulun və ya digər qiymətli əşyanın verilməsi yolu ilə terrorçu kimi təyin oluna bilən şəxsi maliyyələşdirmə, ona vəsait vermə və ya onun hər hansı fəaliyyətinə, o cümlədən sahibkarlıq fəaliyyətinə dəstək göstərmə məqsədilə özünün fəaliyyətinə hər hansı bir məlumat və ya sorğu daxil etmək və ya United Paymentin xidmətlərdən əldə edilmiş maliyyə vəsaitlərindən istifadə etmək;

22.1.9. Əgər İstifadəçi öz hesabından icazəsiz istifadədən şübhələnərsə və ya bunu aşkar edərsə, dərhal United Paymentə məlumat vermək.

22.2. İstifadəçi United Paymentə zəmanət verir ki:

22.2. Müqavilə çərçivəsində öhdəliklərini icra etmək və yerinə yetirmək üçün qanuni hüquqa və səlahiyyətə malikdir;

22.2.1. Müqavilə üzrə öhdəliklərini ağlabatan diqqət və bacarıqla yerinə yetirəcəkdir.

23. Digər müddəalar

23.1. İstifadəçi United Paymentin razılığı olmadan Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxsə ötürə bilməz. United Payment bu Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxslərə ötürə bilər.

23.2. İstifadəçi fiziki şəxs olduqda bu Müqaviləni imzalamaqla təsdiq edir ki, yetkinlik yaşına çatmışdır, yetkinlik yaşına çatmadığı təqdirdə isə qanuni nümayəndələrindən qanunvericiliyə müvafiq qaydada UP platformasını istifadə etmək üçün razılıq almışdır.

23.3. Bu Müqavilə ödəniş xidmətlərinin göstərilməsi üzrə çərçivə saziş xarakteri daşıyır. Belə ki, bu Müqavilənin müəyyən hissələri yalnız müvafiq ödəniş xidməti göstərildiyi halda tətbiq edilir.

23.4. Bu Müqavilənin bir hissəsinin etibarsızlığı digər hissələrinin etibarsızlığına səbəb olmur.

23.5. İstifadəçi qəbul edir ki, ümumilikdə UP platformasında daim qüsur, səhv və xəta ola bilər, United Payment bu cür qüsur, səhv və xətaların mümkün qədər qısa müddətdə aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyi öhdəsinə götürür, lakin UP platformasının bucür qüsurlardan, səhvlərdən və xətalardan tam azad olacağına dair heç bir qarantiya və ya zəmanət vermir.

23.6. Hesab üzrə imza hüququ olan şəxslərin gücləndirilmiş elektron imzaları (və ya Qanunvericilikdə nəzərdə tutulan digər təsdiq formaları) onların əl imzasına bərabər tutulur və sənədlərdə elektron təsdiqin istifadəsi və yoxlanılması məsələləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.